Hacıqabulda yüzlərlə həyətyanı sahə su altında qalıb
"Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bu barədə məlumat verib.
Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş FHN-nin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.
Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.
"Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar", -icra başçısı bildirib.
Oxşar xəbərlər
Bu yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur
Yeni inşa olunan Balaxanı-Böyükşor yolundakı nişanlama xətləri sürücülər arasında çaşqınlıq yaradıb. Xezerxeber.az-ın məlumatına görə, yolda çəkilmiş nişanlama...