Geomaqnit qasırğası baş verəcək

Geomaqnit qasırğası baş verəcək
Sosial 53

11 oktyabrda baş Vermiş TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bu barədə BAKU.WS-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Proqnoz günlərində (14-20 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin TKA-nın təsiri ilə 14 oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə 38483849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər.

Günəş küləyinin sürətinin Yüksək Sürətli Tac Dəliyi Axınlarının11 oktyabrda 3854 regionunda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.

Son xəbərlər