Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE
Foto
Dünya 588

İsveç Kral Elmlər Akademiyası türk alim Daron Acemoğlunu "Nobel"ə layiq görüb.

BAKU.WS xəbər verir ki, o Saymon Conson və Ceyms A.Robinson ilə bərabər İqtisadiyyat üzrə iqtisadiyyat üzrə "Nobel" mükafatı alıb.

Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

Bununla da Acemoğlu Türkiyədən Nobel mükafatı alan üçüncü şəxs olub.

Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek Daron Acemoğlunu bu uğuruna görə təbrik edib:

"İnstitutların yaradılması və rifahın təsirinə dair işlərinə görə 2024-cü il Nobel İqtisadiyyat Mükafatını qazanan dəyərli iqtisadçı Daron Acemogluyu ürəkdən təbrik edirik".

Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

Məlumat üçün bildirək ki, Daron Acemoğlu erməni əsilli türk alimi və professordur.

1967-ci ildə İstanbulda anadan olan Acemoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb.

1992-1993-cü illərdə bu məktəbdə dərs deyib.

Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb.

Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Acemoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır.

"IDEAS/RePec" beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Acemoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir. O, siyahıda 8-ci yerdədir.

Acemoğlunun iki kitabı elm dünyasında rezonans doğurub.

Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

Son xəbərlər