COP29-a hazırlıqla bağlı yollarda ambulans və yanğınsöndürmə maşınlarının monitorinqi aparılacaq
COP29 konfransına hazırlıq prosesi çərçivəsində oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq.
Bu barədə BAKU.WS-ə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edilib ki, tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinqə COP29 avtomobil və avtobuslarla yanaşı həmçinin təcili tibbi yardım maşınları, eləcə də yanğınsöndürmə maşınları cəlb ediləcək.
Qeyd edək ki, monitorinqlərin aparılması məqsədilə şəhərin bəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək, daha ətraflı məlumat yaxında açıqlanacaq. Bundan əlavə, 26 və 27 oktyabr tarixlərində əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın küçə və prospektlərində COP29 məxsus avtobusların da monitorinqi baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
"Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın daha 3 şəhəinə - Saratov, Nijni Novqoroq və Vladiqafqaza sabahdan uçuşları dayandırır. Bu barədə BAKU.WS-ə AZAL-...