Bu küçələrdəki COP29 zolaqlarına avtomobillər daxil ola bilər
Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.
BAKU.WS bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Həmin küçələr aşağıdaklardır:
Bünyad Sərdarov
Həsən Seyidbəyli
Şeyx Şamil
Mirzəağa Əliyev
Adbulla Şaiq
Həsənoğlu
Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)
Xocalı prospekti
Şah İsmayıl Xətai prospekti
Zuğulba yolu
Zığ şossesi
Bu zolaqlarda hələ ki 5.9 - "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.
Həmin küçələr:
Gülarə Qədirbəyova
Niyazi
İstiqlaliyyət
Üzeyir Hacıbəyov
Bakıxanov
Koroğlu Rəhimov
Neftçilər prospekti
Heydər Əliyev prospekti
Mehdi Hüseyn
Teymur Elçin
Parlament prospekti
Nəriman Nərimanov
Mikayıl Müşfiq
Salyan şosesi
Hava limanı şosesi
Bülbül prospekti
Azadlıq prospekti
Həsən Əliyev
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...