Bu gecə Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq
"Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq.
Bu barədə BAKU.WS "Bakı Metropoliteni"nə istinadən xəbər verir.
Məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında "Bakı Metropoliteni" QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik"stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.
"Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
Oxşar xəbərlər
Pensiyalar nə qədər artacaq?
Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq. BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, hansı pensiya növündə nə qədər artım olacağı ilə ba...