Bakının Mikayıl Müşfiq küçəsində təmir yekunlaşdı

Bakının Mikayıl Müşfiq küçəsində təmir yekunlaşdı
Video
Sosial 60

Bakının Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi təmir edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, təmir işləri küçənin Mərkəzi Nəbatat Bağının qarşısında yerləşən dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək olan təqribən 1 km-lik hissəsində icra olunub.

Qeyd edək ki, təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Xatırladaq ki, analoji işlər küçənin Mətbuat prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə də yerinə yetirilib.

Oxşar xəbərlər

Maştağanın gecə görüntüləri

Maştağanın gecə görüntüləri

Oktyabrın 21-dən intensiv yağan yağış hələ də davam edir. Bakının əksər əraziləri kimi Maştağa qəsəbəsində də yolları su basıb. BAKU.WS ərazidən görüntüləri təq...

59 Sosial 00:14 22 oktyabr 2024

Son xəbərlər