Bakının mərkəzində dörd aylıq təmirdən sonra açılan "Xəqani" bağı - FOTOREPORTAJ
Sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağının açılışı olub.
Bağın mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib.
Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.
Qeyd edək ki, "Xaqani" bağlı bu il mayın 12-dən təmirə bağlanmışdı.
PhotoStock.az-ın əməkdaşı ərazidən fotoreportaj hazırlayıb.
Qalereya
Oxşar xəbərlər
Dini qurumlara maliyyə yardımı ayrıldı - MƏBLƏĞ
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Oxu.Az President.az-a istinadən bildirir ki, sərənc...