Azərbaycanda vaksinasiyaya başlanılıb

Azərbaycanda vaksinasiyaya başlanılıb
Foto
Sosial 254

Payız-qış mövsümü ilə bağlı Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 10-dan etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Vaksinasiya prosesində Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər. Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.

Bakı şəhəri üzrə mövsümi qrip peyvəndinin vurulma məntəqələri

Rayon

Tabeli tibb müəssisəsi

Səbail

1 nömrəli şəhər poliklinikası

2 nömrəli şəhər poliklinikası

15 nömrəli uşaq poliklinikası

33 nömrəli şəhər poliklinikası

34 nömrəli şəhər poliklinikası

Yasamal

3 nömrəli şəhər poliklinikası

5 nömrəli uşaq poliklinikası

16 nömrəli şəhər poliklinikası

19 nömrəli şəhər poliklinikası

39 nömrəli şəhər poliklinikası

Nəsimi

1 nömrəli uşaq poliklinikası

3 nömrəli uşaq poliklinikası

5 nömrəli şəhər poliklinikası

20 nömrəli şəhər poliklinikası

12 nömrəli uşaq poliklinikası

Binəqədi

10 nömrəli şəhər poliklinikası

20 nömrəli uşaq poliklinikası

27 nömrəli şəhər poliklinikası

35 nömrəli şəhər poliklinikası

Xocasən Sağlamlıq Mərkəzi

Nizami

17 nömrəli uşaq poliklinikası

19 nömrəli uşaq poliklinikası

26 nömrəli şəhər poliklinikası

44 nömrəli şəhər poliklinikası (18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)

46 nömrəli şəhər poliklinikası (32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)

Nərimanov

4 nömrəli şəhər poliklinikası

7 nömrəli uşaq poliklinikası

8 nömrəli şəhər poliklinikası

14 nömrəli uşaq poliklinikası

18 nömrəli şəhər poliklinikası

37 nömrəli şəhər poliklinikası

Xətai

6 nömrəli şəhər poliklinikası

7 nömrəli şəhər poliklinikası

8 nömrəli uşaq poliklinikası

14 nömrəli şəhər poliklinikası (22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)

28 nömrəli şəhər poliklinikası

38 nömrəli şəhər poliklinikası

Zığ Sağlamlıq Mərkəzi

Suraxanı

1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası

16 nömrəli uşaq poliklinikası

23 nömrəli şəhər poliklinikası

24 nömrəli şəhər poliklinikası

42 nömrəli şəhər poliklinikası (13 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)

43 nömrəli şəhər poliklinikası (15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)

Sabunçu

2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

12 nömrəli şəhər poliklinikası

21 nömrəli şəhər poliklinikası

22 nömrəli şəhər poliklinikası

36 nömrəli şəhər poliklinikası

Nardaran Sağlamlıq Mərkəzi (8 nömrəli Şəhər Xəstəxanası)

Bilgəh Sağlamlıq Mərkəzi (28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)

Kürdəxanı Sağlamlıq Mərkəzi

Xəzər

1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

45 nömrəli şəhər poliklinikası (31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)

Zirə Sağlamlıq Mərkəzi

Qaradağ

3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

13 nömrəli şəhər poliklinikası

32 nömrəli şəhər poliklinikası

41 nömrəli şəhər poliklinikası (9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)

Pirallahı

Pirallahı Tibb Mərkəzi

Son xəbərlər