Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq? - RƏSMİ CAVAB
10
okt
2024
14:02
Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.
BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.
Həmin rayonlar aşağıdakılardır:
1. Daşkəsən;
2. Gədəbəy;
3. Xaçmaz;
4. Kəlbəcər;
5. Qəbələ;
6. Quba;
7. Qusar;
8. Laçın;
9. Lerik;
10. Şamaxı;
11. Siyəzən;
12. Şabran;
13. Şuşa;
14. Yardımlı.
E.Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada qazanxana var: "Orada yeddi qazanxanamız var".
Oxşar xəbərlər
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t...