Azərbaycanda bu şəxslərə 285 manat veriləcək - Yanvarın 1-dən
24
noy
2024
09:05
2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulub. 2024-cü ildə bu göstərici 270 manatdır. Ehtiyac meyarının həddi ünvanlı sosial yardımın təyin olunması məqsədilə tətbiq edilir.
Beləliklə, 2025-ci ildə ünvanlı sosial yardım almaqdan ötrü ailənin hər bir üzvünə düşən aylıq gəlir 285 manatdan az olmalıdır. Bu zaman adambaşına aylıq gəlirin məbləği ilə ehtiyac meyarı arasındakı fərq ünvanlı sosial yardım olaraq təyin olunur.
Lakin sosial yardım almaq üçün gəlirlə yanaşı, digər amillər də nəzərə alınır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Tonlarla meyvənin satıldığı sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı
Baku TV Lənkəranda sitrus meyvələrinin satıldığı xüsusi bazardan reportaj hazırlayıb. Bazarda yalnız sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçi...