Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib
01
yan
2025
09:25
Azərbaycanda 2025-ci ilin ilk körpəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"da dünyaya gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.
38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyəti stabildir.
Oxşar xəbərlər
Bayram günlərində 28 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə...