2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək
Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu günə qurumun iclası təyin edilməyib.
Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir:
"Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi
213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir".
Bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:
"Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti
8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir".
Bununla da belə qənaətə gəlmək olar ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək bələdiyyə seçkisi 2025-ci ilə təsadüf edəcək.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...