Ukraynalı nazir: Minatəmizləmədəki yardıma görə Azərbaycana minnətdarıq
19
noy
2024
21:03
Ukrayna minaların təmizlənməsində göstərdiyi yardıma görə Azərbaycana minnətdardır.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk mətbuat konfransı zamanı bildirib.
"Minalardan təmizləmə və enerji infrastrukturunun bərpası məsələlərində Ukraynaya göstərdiyi böyük dəstəyə görə Azərbaycana minnətdarlığımı bildirmək istərdim", - o deyib.
Nazir qeyd edib ki, hazırda Ukraynada 174 min kv.km. ərazi minalanıb.
Oxşar xəbərlər
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib. BAKU.WS xəbər verir ki, bu barəd...