QHT: Qlobal Şimalın zəngin ölkələri iqlim fəaliyyətləri üçün real pul ödəməlidirlər
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Qlobal Cənub ölkələrində iqlim fəaliyyətlərini aktivləşdirmək üçün yeni iqlim maliyyəsi hədəfinə həsr olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "ActionAid International" qeyri-hökumət təşkilatının nümayəndələri mətbuat konfransında bildiriblər.
Bildirilib ki, maliyyələşdirmə olmadan iqlim fəaliyyətləri haqqında söhbətlər sadəcə söhbət olaraq qalacaq.
"Deyirlər ki, pulsuz nahar olmur - deməli, pulsuz iqlim hədəfləri də olmur. Əgər biz iqlim fəaliyyətlərinə ciddi yanaşırıqsa, bunun üçün pul ödəməliyik. Məhz bir əsr və ya daha çox müddət ərzində ətraf mühiti çirkləndirən Qlobal Şimalın zəngin ölkələri nəhayət iqlim fəaliyyətləri üçün real pul ödəməlidirlər. İndiyədək bu ölkələr öz öhdəliklərindən yayınıblar.
2022-ci ildə inkişaf etmiş ölkələr birlikdə Qlobal Cənub ölkələrində iqlim fəaliyyətləri üçün yalnız 28-35 milyard dollar məbləğində qrant ayırıblar", - QHT nümayəndəsi Tereza Anderson bildirib.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Cənubi Qafqazın yeni Çernobılı - "Metsamor"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. "Cənubi Qafqazın yeni Çernobılı: "Metsamor" adlı süjetdə rəsmi İrəvanın "Met...