Putin: Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında deyib.
"Biz hər il Birliyin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək", - V.Putin bildirib.
Oxşar xəbərlər
"Haber Global": "Vardanyana bəraət kampaniyasında Azərbaycan hədəfə alınıb"
Silah və narkotik alveri ilə milyarderə çevrilmiş, vaxtilə Qarabağda qondarma rejimin "dövlət naziri" olmuş Ruben Vardanyan üçün beynəlxalq mediada bəraət kampa...