Prezident: İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, xalq-iqtidar birliyi bizi Qələbəyə doğru aparırdı
Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində bildirib.
"Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik", - deyən dövlət başçısı həmçinin qeyd edib: "İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir".
Oxşar xəbərlər
ADY və Almaniya şirkəti dəmir yollarının modernləşdirilməsini müzakirə edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Almaniyanın "Rhenus Group" şirkəti arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağl...