Paşinyan: Bakı ilə sülh sazişində 13 maddə və ön söz razılaşdırılıb
10
sen
2024
10:56
Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam şəkildə razılaşdırılıb.
BAKU.WS erməni mediasına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan "İrəvan dialoqu" forumunda çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, 16 maddədən üçü qismən razılaşdırılıb.
Ermənistanın baş naziri hesab edir ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək.
Paşinyan qeyd edib ki, Cənubi Qafqazda sülh hazırda daha realdır.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Ağcaqala, Ağcaqışlaq, Ağcaquş - türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Ağcaqışlaq - əvvəllər "Getaşen", sonra "Getazat" adlan...