"Haber Global" 44 günlük müharibənin ildönümü ilə əlaqədar reportaj hazırladı
Bu gün Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının dördüncü ildönümünü qeyd edir. Bununla əlaqədar bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin nüfuzlu "Haber Global" kanalı 44 günlük müharibənin ildönümü ilə əlaqədar reportaj hazırlayıb.
Reportajda bildirilib ki, azərbaycanlılar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə səhər erkən saatlardan etibarən Şəhidlər xiyabanı və II Fəxri xiyabanı ziyarətə yollanıblar.
"Düz dörd il əvvəl, 27 sentyabr 2020-ci ildə Qarabağın azadlığı ilə nəticələnəcək tarixi proses başladı. İkinci Qarabağ müharibəsi 44 gün davam edəcək və Azərbaycanın qələbəsi ilə başa çatacaq. O qələbə Qarabağı işğaldan azad etdi, Ana Vətəninə, Azərbaycana qovuşdurdu", - deyə reportajda qeyd olunub.
Oxşar xəbərlər
Fergus Auld Anım Günü ilə bağlı paylaşım edib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 27 Sentyabr - Anım Günü ilə bağlı "X" platformasında paylaşım edib. BAKU.WS xəbər verir ki, paylaşımda deyi...