Gürcüstanın xarici səyahətçiləri Şuşaya gəlib
Gürcüstan səyahətçilərinin ikinci qrupu Şuşaya gəlib.
"Report"un məlumatına görə, nümayəndə heyətinin üzvləri Şuşanın görməli yerlərini ziyarət edəcək, şəhərdə aparılan bərpa və tikinti işləri ilə tanış olacaqlar.
Turistlər xüsusən Natəvan Sarayına, "Xan qızı" bulağına və Şahbulağa baş çəkəcək, həmçinin Molla Pənah Vaqifin məqbərəsini və Cıdır düzünü ziyarət edəcəklər.
Qeyd edək ki, Gürcüstandan üç qrup səyyah Qarabağa və Şərqi Zəngəzura gəlib. Səfərdə məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.
Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Qalereya
Oxşar xəbərlər
Mehriban Əliyeva Ümummilli Liderin anım günü ilə əlaqədar paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım e...