Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirilib
Bakıda səfərdə olan ABŞ konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Baku Marriott Hotel Boulevard"ın qarşısında keçirilən aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.
Aksiya iştirakçıları Peloninin Azərbaycan xalqından üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işinin açılmasını, Peloninin Azərbaycana qarayaxma kampaniyalarına görə cavab verməsini tələb edirlər.
Qeyd edək ki, ötən gün də F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçilik fəaliyyətinə görə etiraz aksiyası keçirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın Ukraynadakı səfirliyi təhlükəsizliklə bağlı çağırış edib
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan həmvətənlərimizə çağırış edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, çağırışda bildirilir ki,...