Azərbaycanda general oğluna yüksək vəzifə verildi
21
noy
2024
11:46
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.
BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.
Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Oxşar xəbərlər
COP29 çərçivəsində "City for People in Baku" tədbiri keçirilib
20 noyabr tarixində COP29 çərçivəsində "City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future" (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcə...