Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb
16
yan
2025
12:34
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.
"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Rusiya XİN Aİ-nin Ermənistandakı missiyasına dair: "Niyə qərarlar rəsmi Bakıdan gizlin verilir?"
"2025-ci ilin əvvəlində məlum oldu ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının müddətini iki il müddətinə uzatmaq qərarına gəl...