Azərbaycan və Gürcüstan XİN başçılarının geniş tərkibdə görüşü olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Boçorişvilinin geniş tərkibdə görüşü olub.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Görüş çərçivəsində tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar, habelə regional və qarşılıqlı maraq doğuran beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davam edən sülh prosesində mövcud problemlər barədə məlumat verib.
Qalereya
Oxşar xəbərlər
"Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib
"Haber Global" telekanalı hazırladığı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana zəng etməsindən bəhs edib. Oxu.Az xəbər verir...