Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin nizamnamə fondu açıqlanıb
07
noy
2024
18:44
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.
BAKU.WS xəbər verir ki, holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə dövlət başçısının müəyyən etdiyi məbləğdə və qaydada);
- qanunla qadağan olunmayan digər mənbələrdən.
Oxşar xəbərlər
XİN: Şanlı bayrağımızın bütöv Azərbaycanda əbədi dalğalanmasını arzulayırıq
Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Azərbaycan Respublikasının Preziden...