Putin Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Donald Trampı yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rusiya lideri Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı Trampa təbrik ünvanlayıb.
"Fürsətdən istifadə edərək, onu (Donald Tramp-red.) ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik etmək istərdim, biz Amerika xalqının etibar etdiyi istənilən dövlət başçısı ilə işləyəcəyik", - Putin bildirib.
Rusiya Prezidenti sui-qəsd zamanı Trampın davranışından təsirləndiyini deyib: "O, cəsarətli insandır". Putin qeyd edib ki, Trampın seçkiqabağı bəyanatları diqqətəlayiqdir.
Oxşar xəbərlər
İranda bütün uçuş məhdudiyyətləri ləğv edildi
İran hökuməti hava məkanında tətbiq edilmiş bütün uçuş məhdudiyyətlərini ləğv edib. BAKU.WS xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayı...