Avropa İttifaqı missiyasından Azərbaycana qarşı növbəti təxribat
Ermənistandakı Avropa İttifaqı missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.
Bu barədə "Trend"ə istinadən xəbər verir.
Belə ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç "müşahidəçisi" Aİ-yə məxsus bir ədəd "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəlib.
Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.
Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.
Sözügedən görüntülərini təqdim edirik:
Xatırladaq ki, Ermənistan ərazisində yerləşdirilən Aİ "missiyası" bölgəyə gəldiyi gündən ölkəmizə qarşı dəfələrlə bu tipli təxribatlar edib. Sonuncu dəfə, oktyabrın 29-da isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gələn üç missiya avtomobilindən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Oxşar xəbərlər
Ramin Cəfərov: Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır
Şuşada keçirilən Qlobal Media Forumu beynəlxalq miqyasda dialoq, təcrübə mübadiləsi və aktual məsələlərin müzakirəsi üçün uğurlu alternativ platformadır. "Repor...