ETSN və "AZCHEMCO"nun innovativ layihəsi COP29-da təqdimata hazırdır

ETSN və AZCHEMCOnun innovativ layihəsi COP29-da təqdimata hazırdır
Siyasət 50

"AZCHEMCO" şirkəti COP29 iqlim konfransının "yaşıl zona"sında pavilyonun hazırlığını tamamlayır.

Şirkətdən "Report"a bildirilib ki, "AZCHEMCO"nun pavilyonunda şoranlaşmış torpaqların bərpası və aqrar sektorda innovativ texnologiyalar təqdim olunacaq.

Pavilyonda müxtəlif tədbirlər keçiriləcək. Şirkət rəhbərliyindən əlavə, pavilyonda ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, "AZERBAZALT" şirkətinin prezidenti və təsisçisi Rafət Əliyev, "Greater Caspian Region"un prezidenti Murat Seitnepesov, "XP Group"un biznesin inkişafı üzrə direktoru Adrian Stayçu və başqaları çıxış edəcəklər.

Xatırladaq ki, bu ilin aprel ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC ilə "AZCHEMCO" MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Tərəflərin altı ay ərzində həyata keçirdiyi layihə noyabrın əvvəlində uğurla başa çatıb və COP29-da geniş ictimaiyyətə təqdim olunacaq.

Şirkət hər kəsi "yaşıl zona"dakı pavilyonu (B18) ziyarət etməyə və yeni ekoloji təmiz gələcəyə birlikdə addım atmağa dəvət edir.

Son xəbərlər