ABŞ-nin bazasında partlayış baş verib - MÜHARİBƏ SİQNALLARI
ABŞ-ın Suriyadakı bazası yaxınlığında bir neçə partlayış baş verib.
BAKU.WS Al Mayadeen telekanalına istinadən xəbər verir ki, ərazidə yerləşən Amerika bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Suriyanın Əl-Şaddada şəhəri yaxınlığındakı ABŞ hərbi bazası yaxınlığında bir neçə güclü partlayış baş verib.
ABŞ hərbi bazası raket atəşinə tutula bilər. Ərazidə yerləşən Amerika bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bundan əlavə, Suriyanın Deyr əz-Zor əyalətindəki Konoko neft-qaz yatağı yaxınlığındakı Amerika bazasında sirenlər səslənib. Telekanal hadisə ilə bağlı başqa təfərrüatlar vermir.
Oxşar xəbərlər
İlham Əliyev iranlı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, mətndə deyilir:...