Vətən müharibəsi ilə bağlı film çəkilir
Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Borc" adlı tammetrajlı bədii filmin istehsalına başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Media Mərkəzi məlumat yayıb.
Bildirilib ki, filmin əsas mövzusu İkinci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiyi igidlik, qorxmazlıq, mərdlik, hərbi bacarıqlar, vətənpərvərlik ruhudur.
Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub. Arzu xanım çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.
Oxşar xəbərlər
Bu gün şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür
Sentyabrın 19-u görkəmli şərqşünas, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, vətənpərvər alim Aida İmanquliyevanın anım günüdür. Qısa, lakin mənalı ömür sürmüş Aida...