Telefonu rəsmi şəxslərin üzünə çırpan baş həkimin köməkçisi: "Fəaliyyətimiz davam edir"

Telefonu rəsmi şəxslərin üzünə çırpan baş həkimin köməkçisi: Fəaliyyətimiz davam edir
Hadisə 1043

"Laser Beauty Estetik Klinikası"ndan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsində aparıldığı yoxlama ilə bağlı yaydığı açıqlamaya münasibət bildirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a danışan "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanovanın köməkçisi nazirliyin yaydığı məlumatı təkzib edib və fəaliyyətlərini davam etdirdiklərini bildirib.

"Xəbərlərdə gedən məlumat yanlışdır. Yayılan xəbərlər nazirliyin (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin) rəsmi məlumatı deyil. Gedən xəbərlərlə bağlı Rəna həkim (Soltanova) açıqlama verəcək", - deyə o bildirib.

Oxşar xəbərlər

Son xəbərlər