Lənkəranda qətlə yetirilən gənc qıza görə öldürülüb?
Oktyabrın 17-də Lənkəranda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Xatırladaq ki, qeyd edilən tarixdə 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.
Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Mərhumun qohumları isə bunun şər-böhtan olduğunu və son qərarın araşdırmaların nəticəsindən sonra məlum olacağını deyirlər.
Mərhumun qohumu Mahir Qafarzadə yayılan şayiələrlə bağlı deyib ki, iddia edilənlər yalandır:
"Bilən də danışır, bilməyən də. Uşağa şər atırlar".
Mərhumun dayısı Zamin Sadıqovun sözlərinə görə, hadisənin qız üstündə olması böhtandır:
"Onu vəhşicəsinə qətlə yetiriblər. 7-8 bıçaq zərbəsi vurulub. Uşağın heç bir problemi yox idi. Satıcı işləyirdi. İndiyə kimi kiməsə söz atmayıb".
Daha ətraflı Bakı TV-nin süjetində:
Oxşar xəbərlər
Taleh Yüzbəyovun xanımı ağır qəzaya düşdü
Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova qəzaya düşüb. Bu barədə o, "Instagram" hesabında paylaşım edib. Qeyd olunub ki, xoşbəxtlikdən heç kim xə...