Lənkəranda öldürülən gənclə bağlı yeni detal: Nişan mərasimi olacaqdı

Lənkəranda öldürülən gənclə bağlı yeni detal: Nişan mərasimi olacaqdı
Foto
Hadisə 197

Ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, evin tək oğul övladı olan E.Cəfərov idmançı olub və yaxın vaxtlarda nişan mərasimi keçiriləcəkmiş.

***11:37

Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 17-si, saat 22:00 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər