Bakının mərkəzindəki restoranda müştərinin pul qabısı oğurlandı - ANBAAN GÖRÜNTÜ

Bakının mərkəzindəki restoranda müştərinin pul qabısı oğurlandı - ANBAAN GÖRÜNTÜ
Video
Hadisə 2172

Daxili İşlər Nazirliyi (DİN) Bakıda restoranda pul qabının oğurlanması hadisəsinə reaksiya verib.

DİN-in mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, hadisə araşdırılır:

"Hazırda hadisə araşdırılır. Nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

*** 12:52

Paytaxt restoranlarından birində pul qabı oğurlanıb.

BAKU.WS xəbər verir ki, hadisə Bakının "Tarqovı" kimi tanınan məşhur Nizami küçəsində yaşanıb. "McDonalds"da yemək yeyən şəxs daha sonra məkanı tərk edəndə naməlum şəxs onun pul qabısını oğurlayıb.

Bu barədə zərərçəkmiş şəxs BAKU.WS-in "Qaynar xətti"nə məlumat və görüntülər göndərib.

Qeyd edilib ki, pul qabında şəxsiyyət vəsiqəsi, müəyyən miqdrada pul və bank kartları olub. Yaşanan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.

Zərərçəkmiş bu barədə polisə müraciət etdiyini də bildirib.

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

Son xəbərlər