Bakının mərkəzində avtobus qəzası - 46 yaşlı qadın xəsarət aldı

Bakının mərkəzində avtobus qəzası - 46 yaşlı qadın xəsarət aldı
Video
Hadisə 265

13.10.2024-cü il tarixində saat 22:50 radələrində 1978-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-in mətbuat xidmətindən BAKU.WS-iin sorğusuna cavab olaraq bildirilib.

Bel-oma nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu ilə ona zəruri instrumental-diaqnostik tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olaraq qiymətləndirilib.

Pasiyent öz istəyilə ambulator müayinə üçün evə buraxılıb.

***10:48

Ötən gecə Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, 2 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu maşqa bir maşınla toqquşub.

Qəza paytaxtın Nəsimi rayonu, "Qış Parkı"nın yaxınlığında qeydə alınıb.

Hadisə şahidinin sözlərinə görə, nəticədə xəsarət alnlar olub.

Son xəbərlər