Bakıda yağış suyu ilə dolu tuneldə iki nəfər batıb - VİDEO

Bakıda yağış suyu ilə dolu tuneldə iki nəfər batıb - VİDEO
Video
Hadisə 3218

Bakıda iki nəfər yağış suyundan həyatını itirib.

BAKU.WS-in əldə etdiyi məlumatına görə, hadisə "Sabunçu keçidi" adlanan ərazidə qeydə alınıb.

***11:34

Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində iki nəfərin batması iddiası ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən məlumat verilib.

***10.32

Sosial şəbəkələrdə tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS yayılan xəbərləri dəqiqləşdirmək üçün FHN-in mətbuat xidmətinə müraciət edib.

Bildirilib ki, qeyd olunan məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Son xəbərlər