Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü
Bakıda taksi sürücüsü sərnişinə qorxu dolu anlar yaşadıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sərnişinin sözlərinə görə hadisə ötən il dekabrın 27-də baş verib.
Belə ki, taksi şirkətlərindən birinə aid "77 RY 169" dövlət nömrə nişanlı maşının sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəribə davranışlar sərgiləyib. O, maşını mürgüləyərək idarə edib və bir neçə dəfə yol-hərəkət qaydalarını pozub.
"5 dəqiqəlik yolda 5-6 dəfə qayda pozdu. "Saxla" deməyimə baxmayaraq maşını saxlamadı", - deyə sərnişin bildirib.
Hadisə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilib. Açıqlama olacağı təqdirdə xəbər veriləcək.
Sözügedən kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Afiyəddin Məmmədova hökm oxundu
Xuliqanlıqda ittiham olunan Afiyəddin Məmmədov barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır...