Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb
07
yan
2025
10:53
Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1994-cü ilə təvəllüdlü şəxs polis şöbəsinə çağırılıb, barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Qeyd edək ki, həmin şəxsin heyvanla rəhmsiz rəftar etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Oxşar xəbərlər
Gəncədə 47 yaşlı kişini bıçaqlayan şəxs tutulub
Gəncədə 47 yaşlı kişini bıçaqlayan şəxs tutulub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisə...