Bakıda oğlan anasının boynunu sındırıb öldürdü: Dəhşətli QƏTLİN DETALLARI

Bakıda oğlan anasının boynunu sındırıb öldürdü: Dəhşətli QƏTLİN DETALLARI
Hadisə 594

Bakıda törədilən dəhşətli cinayətin detalları məlum olub.

BAKU.WS milli.az-a istinadən xəbər verir ki, dəhşətli cinayət hadisəsinə səbəb 20 yaşlı Sadiqin anasını evdə başqa kişi ilə tutması olub. Anasını öldürdükdən sonra S.Beybudlu həmin şəxsi - Elvin Allahverdiyevi də yaralayıb.

Oğlu tərəfindən qətlə yetirilən Zəminə Beybudlunun qohumlarının sözlərinə görə, o, ilk ailəsindən ayrılıb və Sadiq Beybudlu da onun ilk evliliyindən olan övladı olub.

*** 10:44

Bakıda dəhşətli cinayət törədilib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.

Yardımlı rayon sakinləri, 2004-cü il təvəllüdlü Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.

Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və prokurorluğa təhvil verilib.

Son xəbərlər