Bakıda 2 aydır qəzalı olan su borusu dəyişdirildi

Bakıda 2 aydır qəzalı olan su borusu dəyişdirildi
Video
Hadisə 269

68 saylı orta məktəbin həyətində su borusunun 4 metelik hissəsi yenisi ilə əvəz olunub.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, ərazidə axıntının qarşısı tam alınıb.

***2024-10-07 saat-17:54

Sabunçu rayonu, Qəzənfər Musabəyov küçəsində içməli su iki aya yaxındır ki küçəyə axır.

Bu barədə iddia BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, ərazidə yerləşən 68 saylı məktəb bir neçə il əvvəl baş verən yanğın nəticəsində yararsız hala düşərək sökülüb.

Yanğından sonra məktəbin yerindəki su borusu zədələnib və bu səbəbdən icməli su ətrafa axmağa başlayıb.

Sakinlərin sözlərinə görə, səhər saatlarında suyun təzyiqi yüksək olduğu üçün su güclü axır və yola ciddi ziyan vurur. Bu da həm maddi itkilərə, həm də ekoloji problemlərə səbəbiyyət verir.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, qeyd olunan ünvanda qəza briqadası tərəfindən hazırda axıntının qarşısı alınıb. Ərazidəki boru istimara yararsız halda olduğundan yaxın günlərdə borunun dəyişdirilməsi həyata keçiriləcək.

Banu Hüseynli

Son xəbərlər