Bakıda evə silahlı basqın - Polislə atışmada bir nəfər öldü
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur.
Hadisə yerindən "Makarov" tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Qızıl tac" şadlıq sarayında ÖLÜM
Bərdə şəhərində orta yaşlı kişi toyda qəfil ölüb. Modern.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən "Qızıl Tac" şadlıq sarayında baş veri...