Bakıda güclü yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilib - TƏBİB-dən AÇIQLAMA

Bakıda güclü yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilib - TƏBİB-dən AÇIQLAMA
Video
Hadisə 245

27.09.2024-cü il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə BAKU.WS-ə TƏBİB-də mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər