Bakıda avtomobil yanıb, xəsarət alan var
13
okt
2024
09:00
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 18 m² olan qarajda dayanan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri qismən, qarajda 4 m² sahədə rəf və rəfin üzərində yığılan avtomobil ehtiyat hissələri yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yüksək temperaturdan lambirdən ibarət tavan 8 m² sahədə əriyib.
Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Avtomobilin və qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Qazax sakini minaya düşüb, ayağı amputasiya olunub
Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, Qazax rayon...