Azyaşlı qız 14 gün sonra komadan ayıldı
Dəm qazından zəhərlənərək 14 gün komada qalan azyaşlının həyatı xilas edilib.
BAKU.WS xəbər verir ki, dekabrın 10-da 12 yaşlı pasiyent (qadın cinsli) kəskin inhalasyon dəm qazı zəhərlənməsi diaqnozu ilə serebral koma (toksiki ensefalopatiya) vəziyyətində KTM-yə gətirilib.
Xəstəyə mərkəzi tipli hipertermiya diaqnozu qoyulub və stasionar şəraitdə zəruri müalicə prosedurları başladılıb. 14 gün ərzində yüksək qızdırma ilə koma vəziyyətində qalan xəstə müalicələrdən sonra həyata qaytarılıb. Hazırda vəziyyəti qənaətbəxşdir.
Azyaşlı zəruri kontrol müayinələrdən keçirilikdən sonra müalicəsinin davam etdirilməsi üçün uşaq xəstəxanalarından birinə hospitalizasiya edilib.
Oxşar xəbərlər
Xaçmazın sabiq icra başçısı vəfat edib
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib. "Report"un Şimal bürosunun məlumatına görə, o, bu gün 86 yaşında Xaçmaz şəhərində dünyasını dəyişib...