Azərbaycanda kişi arvadını güllələdi
09
sen
2024
13:25
Lerikdə silahlı insident olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Zövnə kəndində qeydə alınıb.
Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib.
Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.
O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.
C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Taleh Yüzbəyovun xanımı ağır qəzaya düşdü
Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova qəzaya düşüb. Bu barədə o, "Instagram" hesabında paylaşım edib. Qeyd olunub ki, xoşbəxtlikdən heç kim xə...