Azərbaycanda 16 yaşlı qız yeznələri ilə birlikdə faciəvi şəkildə öldü
Şəmkirdə bədbəxt hadisə baş verib.
BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənddə evlərdən birində 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibovanı və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılovu elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bildirilir ki, səhər saatlarında Düyərli kəndində evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.
Hümbət 16 yaşlı Pərvinin bacısının həyat yoldaşı imiş.
Oxşar xəbərlər
Taleh Yüzbəyovun xanımı ağır qəzaya düşdü
Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova qəzaya düşüb. Bu barədə o, "Instagram" hesabında paylaşım edib. Qeyd olunub ki, xoşbəxtlikdən heç kim xə...