Ağadadaş Ağayev məhkəməyə gəlmədi
Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital" arasındakı insidentlə bağlı mülki iddia üzrə ilk məhkəmə baxış iclası keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə "MedEra Hospital"ın qanuni nümayəndəsi Sənan Şirinov iştirak etsə də, qarşı tərəf Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlməyib. Buna görə Xalq artistinin müdafiəçisi tərəfindən elektron məhkəmə sisteminə prosesin təxirə salınması ilə bağlı yerləşdirdiyi vəsatəti iclasda elan olundu. Ağadadaş Ağayev üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiyini vurğulayaraq prosesin növbəti günlərə təyin olunmasını xahiş edib.
Məhkəmə vəsatəti qəbul edərək növbəti prosesi noyabrın 14-nə təyin edib.
Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər
Taleh Yüzbəyovun xanımı ağır qəzaya düşdü
Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova qəzaya düşüb. Bu barədə o, "Instagram" hesabında paylaşım edib. Qeyd olunub ki, xoşbəxtlikdən heç kim xə...