182 nömrəli məktəbdə nə baş verib? - Şagirdlər təxliyə olundular
02
okt
2024
17:44
Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar.
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır.
Valideynlərə bununla bağlı xəbərdarlıq olunub.
Qeyd olunub ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Çimərlikdə alınan qisas: Qohumunu güllələyən "Mərdəkanlı Amin"in qardaşı hakim qarşısında
Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin məhkəm...