Orxan Məmmədov: "Biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq"
"COP29 çərçivəsində biz üzv ölkələr arasında "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" adlı sənəd imzalamışıq. Məqsəd kiçik və orta sahibkarların diqqətini iqlim məsələlərinə çəkməkdir. Həmçinin, biz yaşıl keçid məsələlərində KOB-lara dəstək olmağa çalışırıq. Buraya müxtəlif təlimlərin keçirilməsi, onlara sertifikatların verilməsi, həmçinin qrant layihələrinin ayrılması daxildir".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Azərbaycanda dayanıqlı KOB mənzərəsi" tədbirində çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Orxan Məmmədov bildirib ki, "Sahibkarlığın inkişafı haqqında" Qanunda yaşıl keçid məsələlərinə xüsusi yer ayrılıb və bu məsələlərdə təşəbbüslə çıxış edən KOB-lara xüsusi imtiyazlar veriləcək.
"Bundan başqa, biz çalışırıq, şirkətlər arasında ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsipini təşviq edək. KOBİA Azərbaycanda milli ESG platformasının yaradılması və onun sahibkarlar arasında həyata keçirilməsində aktiv rol oynayır. Biz artıq iki böyük tədbir keçirmişik, ESG platformasını sahibkarlara təqdim etmişik. Bununla biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq".
Bununla belə, KOBİA rəsmisi əlavə edib ki, ilk növbədə böyük şirkətlər yaşıl keçidinin təşviqinə və bu sahədə əməkdaşlığa maraqlı olmalıdırlar:
"Etiraf edək ki, bu gün kiçik və mikro sahibkarlıq subyektlərinin yaşıl keçid məsələlərində aktiv olması reallığa uyğun deyil. Onlar hazırda gündəlik qayğıları ilə məşğuldurlar. Lakin istər dövlət, istərsə də böyük şirkətlər onlara bu məsələlərdə kömək etməlidirlər".
Qalereya
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...