Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
BAKU.WS xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:
"Görüşümüzdə ölkələrimizin iqtisadi tərəfdaşlığının inkişafını məmnunluqla vurğuladıq. İnvestisiyalar, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik".
#Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan (@abdul_aleemkhan) ilə görüşümüzdə ölkələrimizin #iqtisadi tərəfdaşlığının inkişafını məmnunluqla vurğuladıq. #İnvestisiya-lar, #ticarət sahəsində əməkdaşlığın… pic.twitter.com/J7yhUjsvmu
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 19, 2024
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 1,04 % azalaraq 74,4 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...